Baş Prokurorluq Gəncə ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

QİA xəbər verir ki, açıqlamada bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayıldığı bildirilib: “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik”.

Prokurorluqdan bununla bağlı əlavə məlumatın veriləcəyi qeyd olunub.

Oxşar Xəbərlər