Müqaviləsinin bitməsinə bir il qalmış “Bavariya”dan Kimmixə yeni təklif – FOTO

“Bavariya” yarımmüdafiəçisi Coşua Kimmixin 2025-ci ildə başa çatacaq müqaviləsini uzatmağa çalışır.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Nikolo Skira özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında üçillik yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır.

Qeyd edək ki, bundan əvvəl yarımmüdafiəçinin gələn yay Münhen klubunu tərk etmək istədiyi barədə xəbər verilmişdi. Buna səbəb Kimmixin komandanın bəzi üzvləri ilə münasibətlərinin pisləşməsi və məşqçilər korpusunun nümayəndələrindən biri Tomas Tuxellə münaqişəsidir. Futbolçu hesab edir ki, məşqçilər korpusunun nümayəndələri ona hörmət etməyi dayandırıblar.

Cari mövsümdə yarımmüdafiəçi Münhen təmsilçisində bütün turnirlərdə 28 oyun keçirib, bir qol vurub və altı məhsuldar ötürmə edib.

Oxşar Xəbərlər