Ermənistan bu hərbiçimizi Azərbaycana qaytaracaq

İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçunun tez bir zamanda geri qaytarılması üçün Ruslan Pənahovu Azərbaycana təhvil verilməsinə qərar verib.

QİA.az xəbər verir ki, bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

Pənahov Ruslan Eldəniz oğlu haqqında Ermənistan İstintaq Komitəsi tərəfindən “təxribata cəhd”, “qanunsuz silah-sursat saxlama”, “irqi və dini dözümsüzlük zəmnində adam öldürməyə cəhd” maddələri ilə cinayət işi açılıb.

Oxşar Xəbərlər