Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Bu gün Od çərşənbəsidir. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi də adlanır. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər.

Belə bir etiqad yaranıb ki, Od çərşənbəsindən sonra təbiət isinər, insanlara xoşbəxtlik gətirər.

Oxşar Xəbərlər