Küçədə qab yığan ata: “İnstituta qədər qızlarımı mopeddə aparacağam”

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında plastik və dəmir yığıb satmaqla ailəsini dolandırmağa çalışan 37 yaşlı İlqar öz həyat hekayəsini danışıb.

Epilepsiya xəstəsi olan İlqar iki azyaşlı qızı ilə birlikdə zibil qutularından plastik və dəmir toplayıb satmaqla günlük xərclərini qarşılayır. Bu işlə moped vasitəsilə məşğul olan ata uşaqlarla yola çıxmağın təhlükəli olduğunu bilsə də, artıq bu vəziyyətə öyrəşdiyini deyir:

“Bir dəfə işə tək getmək istədim. Amma böyük qızım qoymadı. Dedi ki, biz də səninlə gedəcəyik”. Beşinci sinifdə təhsil alan 14 yaşlı Angelina atası xəstə olduğu üçün onu tək buraxmaq istəmədiklərini, dərslərini axşam evə qayıdanda oxuduğunu söyləyib. Zabrat qəsəbəsində şəraitsiz vəziyyətdə yaşayan ailənin köməyə ehtiyacı var.

Oxşar Xəbərlər