Paşinyan zəif siyasətçidir – ABŞ institutu

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyini təhdid altına salır.

QİA.az “Report”a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Qeyd olunub ki, N.Paşinyan zəif siyasətçidir.

Hesabatda yazılıb ki, Kremlə bağlı mənbələr də bu barədə tənqidi fikirlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.

Oxşar Xəbərlər