“ABŞ-nin Şimali Avropadakı nüvə obyektləri Rusiya ilə NATO arasında birbaşa toqquşma ssenarisində qanuni hədəflər olacaq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Finlandiyanın yeni seçilmiş prezidentinin bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ-nin nüvə silahı orada görünərsə, Şimali Avropanın təhlükəsizliyi möhkəmlənməyəcək, əksinə, zəifləyəcək.
Xatırladaq ki, Finlandiyanın dövlət başçısı Aleksandr Stubb nüvə silahının ölkəsi vasitəsilə daşınmasının mümkünlüyü barədə bəyanat verib.