Şirvanda yataqxana qəzalı vəziyyətdədir: “Elə bilirik ki, bu dəqiqə uçacaq”

Şirvan şəhəri Fariz Eynullayev küçəsi 13 ünvanında yerləşən 62 illik yataqxana qəzalı vəziyyətdədir.

83 mənzilli yataqxanada yaşayan sakinlərin sözlərinə görə, belə vəziyyət uzun müddətdir davam edir. Bina qəzalı vəziyyətdə olduğundan burada yaşamaq olduqca təhlükəlidir.

Sakinlər bildirirlər ki, külək əsəndə belə binanın dağılacağından qorxurlar.

“Aidiyyəti qurumlara məlumat vermişik. Bizə deyiblər ki, sizi köçürəcəyik. Amma bir xəbər yoxdur. Pilləkənlər qopub tökülür, çıxıb-düşdükcə elə bilirik ki, bu dəqiqə uçacaq”, – deyə sakin qeyd edib.

Oxşar Xəbərlər