“Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı hökm oxundu – FOTO

Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb.

QİA.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hökm elan olunub.

Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar. 

Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına belə reaksiya verib:

“Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı. Bizi dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara minnətdarlığımı bildirirəm. Doqquz ay bizimlə birlikdə olan bütün dostlara təşəkkürümü çatdırıram”.

Oxşar Xəbərlər