Bir neçə şəxsi işə düzəltmək adı ilə aldadan Naxçıvan sakini saxlanıldı

Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq pullarını mənimsəyən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, o, etibarından sui-istifadə etmə və aldatma yolu ilə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin (+036) 545-08-03, (+036) 545-28-96 əlaqə nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxşar Xəbərlər