Nigeriyanın şimal-şərqində “Boko Haram” qruplaşmasının silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.
QİA.az xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, terrorçular 117 qadını əsir aparıblar.
Bir gün əvvəl “Agence France-Presse” 47 qadın oğurlandığını bildirmişdi.
Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.
Nigeriyada ən böyük adam oğurluğu 2014-cü ildə baş verib, həmin vaxt silahlılar Çibok şəhərindəki yataqxanada yaşayan 270-dən çox məktəbli qız oğurlanıb.