Gələn tədris ilində bəzi məktəblər ləğv ediləcək

Gələn tədris ilində bəzi məktəblər birləşdiriləcək, bəziləri isə ləğv ediləcək.

QİA.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bu ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Təhsilanların sayı az olan məktəblərin şagirdləri yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınacaq. Bunun üçün avtobusların ayrılması da nəzərdə tutulub.

Oxşar Xəbərlər