Hacıqabulda qəza: Beş nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

QİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Udulu qəsəbəsində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində beş nəfər xəsarət alıb, Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər