Gəncədə küçədən meyit tapılıb.
QİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyiti binanın yaxınlığından tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.İlkin məlumata görə, A.Hüseynov ürəktutmasından dünyasını dəyişib.

