Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin barmağında dəmir halqanın sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın olması barədə məlumat daxil olub.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə halqanın zərərçəkmişin barmağından müvafiq qaydada çıxarılmasını təmin ediblər.
