Almaniya klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Almaniya Bundesliqasında çıxış edən “Ştutqart” klubu baş məşqçisi Sebastyan Höneslə müqaviləni yeniləyib.

QİA.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.

S.Hönes 2023-cü il aprelin 4-dən komandaya rəhbərlik edir. Onun müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaqdı.

Qeyd edək ki, “Ştutqart” hazırda Bundesliqada 50 xalla 4-cü pillədə qərarlaşıb.

Oxşar Xəbərlər