Fransız baş redaktor: II Qarabağ müharibəsinin müsəlman-xristian savaşı kimi təqdim olunması böyük səhvdir

İkinci Qarabağ müharibəsini müsəlman-xristian savaşı kimi qələmə verdilər. Bu çox böyük bir səhvdir.

QİA.az “Report”a istinadla xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jean-Michel Lucien Brun Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə çıxışında deyib.

O xatırladıb ki, Azərbaycan dünyəvi dövlətdir və dinlər arasında fərq qoymur.

Jean-Michel Lucien Brun söyləyib ki, müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi qələmə verirlər.

Oxşar Xəbərlər