Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.
QİA.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Martın 11-12-də Prezident Kasım – Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək”, – məlumatda deyilir.
Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.