Alim Bayel: Azərbaycan və Qazaxıstan böyük regional layihələr həyata keçirir

Azərbaycan və Qazaxıstan böyük regional layihələr həyata keçirir.

QİA.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbayacandakı səfiri Alim Bayel Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında deyib.

Onun sözlərinə görə, buraya Orta Dəhlizin inkişafı, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi və s. layihələr daxildir: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 530 milyon dollara çatıb və bu da son illərdə rekord göstəricidir”.

O əlavə edib ki, iki dövlət arasında ticarət dövriyyəsinin daha da artması üçün potensial mövcuddur.

A.Bayel qeyd edib ki, işgüzar şuranın fəaliyyətini genişləndirmək, buraya həm böyük, həm də orta biznesi cəlb etmək lazımdır:

“Bundan başqa, hər iki ölkənin prezidentlərinin işgüzar şuranın növbəti iclasında iştirakına çalışmalıyıq”.

Oxşar Xəbərlər