Krunoslav Renduliç Azərbaycan çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb

Premyer Liqanın XXVI turu “Sabah”ın “sükanı arxasında” olan Krunoslav Renduliçin Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.

QİA.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəsssis ölkə çempionatları tarixinə 63-cü legioner baş məşqçi kimi düşüb.

“Qəbələ” ilə görüşə qədər 62 əcnəbi mütəxəssis baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını Premyer Liqa matçına çıxarıb.

Renduliç ölkə çempionatlarının 3-cü xorvatiyalı baş məşqçisidir. Ona qədər Stepan Çordaş “Şüvəlan”da, Jelko Sopiç “Sabah”da çalışıb. Bakı klubunun 4-cü legioner baş məşqçisi olan Renduliç, digər xorvatiyalı Jelko Sopiçdən başqa, komandaya Visente Qomeslə Murad Musayev də rəhbərlik edib.

Qeyd edək ki, “Sabah” XXVI turda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Oxşar Xəbərlər