Dərmanların idxalı, satışı və istifadəsinə dair yeni tələblər müəyyənləşir

Qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol veriləcək.

QİA.Az APA-ya istinadən xəbər ki, bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir. Dərman vasitələrinin ekspertizası əsasında qablaşdırılması Azərbaycan, türk, rus, ingilis, alman, ispan, italyan, fransız və macar dillərində olan, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası əsasında isə beynəlxalq patentləşdirilməmiş adı və əmtəə nişanı adı latın və ya kiril əlifbasında olmaq şərti ilə qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol veriləcək. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunacaq.

Oxşar Xəbərlər