Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan daha bir komanda bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşma İspaniyada keçirilib. “Barselona” İtaliyanın “Napoli” komandasını sınağa çəkib.

Kataloniya təmsilçisi rəqibin qapısından 3 top keçirib. Qonaqlar isə bu toplardan yalnız birinin əvəzini çıxa biliblər – 3:1.

Xatırladaq ki, tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb – 1:1. İki oyunun nəticəsinə (4:2) əsasən, “Barsa” 1/4 finala adlayıb.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”, “Mançester Siti”, PSJ və “Bavariya” 1/4 finala vəsiqə əldə ediblər.

Oxşar Xəbərlər