Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ nümayəndəsi ilə İrəvan-Bakı danışıqlarını müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamenti rəhbərinin Qafqazda nizamlanma üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan danışıqları prosesini müzakirə edib.

Bu barədə Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.

Mənbə: TASS

Oxşar Xəbərlər