Çempionlar Liqası: 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

QİA.az-ın məlumatına görə, mərhələnin son iki cavab oyunu keçirilib.

İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”ya oyunsonrası penaltilərlə məğlub olaraq mübarizəni dayandırıb. Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni məğlub edərək yoluna davam edib.

Beləliklə, “Atletiko” və “Borussiya” 1/4 finala adlayıblar. Onlara qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) də növbəti mərhələyə yüksəlmişdilər.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya) 2:1

Qol: Qrizmann, 35, Depay, 87 – Dimarko, 33

Penaltilərlə 3:2

Baş hakim: Şimon Marçinyak (Polşa).

Madrid, “Metropolitano” stadionu

İlk oyun – 0:1.

“Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) 2:0

Qollar: Sanço, 3, Roys, 90+5

Baş hakim: Daniele Orsato (İtaliya).

Dortmund, “Siqnal İduna Park” stadionu

İlk oyun – 1:1.

Oxşar Xəbərlər