2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə aşkarlanaraq məhv edilən narkotik xassəli bitkilərin ümumi miqdarı məlum olub.
QİA.Az Oxu.Aza istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən yerli polis şöbələri ilə birlikdə Laçın rayonunda 18 427 ədəd, Kəlbəcər rayonunda 3 212 ədəd, Qubadlı rayonunda 1 677 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti mütəxəssislərin İştirakı ilə Zəngilan rayonunda 20 630 ədəd, Xocavənd rayonunda 11 144 ədəd, Füzuli rayonunda 4 665 ədəd, Xocalı rayonunda 2 168 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar olunaraq aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhv edilib.