NATO baş katibi Azərbaycanda səfərdədir 

NATO-nun baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

QİA.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Oxşar Xəbərlər