Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub – FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İraqa səfəri çərçivəsində bu ölkənin baş naziri Məhəmməd Şiya əs-Sudaninin qəbulunda olub.

Bu barədə nazir “X” səhifəsində yazıb.

“Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti və inkişaf prioritetləri barədə müzakirələr apardıq. İkitərəfli ticarət əlaqələrinin genişləndirilməsinin və qarşılıqlı sərmayələrin həcminin artırılmasının əhəmiyyətini vurğuladıq”, – deyə Mikayıl Cabbarov qeyd edib.

Oxşar Xəbərlər