Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib-FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev ilə Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyətini nəzərdən keçirib.

QİA.Az Oxu.Aza istinadən xəbər verir ki, bu barədə H.Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

“Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çjou (Chen Zhou) və Çin Xalqının Xarici Əlaqələr İnstitutunun sədri Vanq Çao (Wang Chao) ilə müzakirələrimiz davam etdi. Şanqay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev (Nurlan Yermekbayev) ilə ŞƏT ətrafında əməkdaşlığımızın hazırkı vəziyyətini nəzərdən keçirdik”, – deyə Prezidentin köməkçisi əlavə edib.

Oxşar Xəbərlər