“Hazırda Rusiya ilə sülh sazişi üzrə danışıqlar üçün perspektiv yoxdur, lakin Yaponiya belə bir sazişin bağlanması və ərazi məsələsinin həlli ilə bağlı öz mövqeyində qalacaq”.
Bu sözləri jurnalistlərə açıqlamasında Yaponiyanın baş naziri Fumio Kişida deyib.
Onun sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyətə görə Yaponiya ilə Rusiya arasında münasibətlər elə bir həddədir ki, danışıqlar prosesinin, ilk növbədə, sülh sazişi üzrə aparılması üçün perspektivlər müşahidə olunmur.
Mənbə: TASS