Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
QİA.Az xəbər verir ki, bu barədə məlumatı “Report”un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, “Niva” markalı avtomobillə “Hyundai Santa Fe” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “Niva”da olan Zərifə İbrahim qızı Əliyeva, Məhəmməd Mehdixan oğlu Əhmədov və Mütəllim Xanış oğlu Əliyev ölüblər. Pərvin Məhəmməd oğlu Əhmədov isə ağır bədən xəsarətləri alıb.
“Santa Fe”də olan sərnişinlər – Qüdrət Mehdi oğlu Mahmudov, Qəşəm Əbülfəz oğlu Mahmudov və Seyfəli Mehdi oğlu Mahmudov ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.