Böyük Britaniyanın kralı III Çarlz ölümü ilə bağlı şayiələrdən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb.
QİA.az “Report”-a istinadla xəbər verir ki, “Daily Mail” qəzeti öz saytında kralın bu gün çəkilmiş fotoşəkillərini dərc edib.
Qeyd edək ki, onun şəkilləri Vindzor qəsrini tərk edərək “Clarence House”a gedərkən çəkilib.