Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən QİA.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozduğuna görə “VAZ-2106” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib. Buna baxmayaraq, sürücü hərəkətini davam etdirib. Görülən tədbir nəticəsində sürücü M.Mehdiyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Oxşar Xəbərlər