Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib.
QİA.az TASS-a istinadən xəbər verir ki, naməlum şəxslər ticarət mərkəzində atəş açıb.
“Baza” teleqram kanalı isə hadisə nəticəsində 12 nəfərin həlak olduğunu, 35 nəfərin isə yaralandığını yazıb.
“RİA Novosti”nin məlumatına görə, 3 nəfər avtomat silahdan atəş açıb. Bununla yanaşı, binada yanğının qeydə alındığı bildirilir.
Qeyd edək ki, “Crocus City Hall” ticarət mərkəzi azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.