Ombudsman: “Crocus City Hall”a edilən hücum zamanı xəsarət alanlar arasında uşaqlar var

“Crocus City Hall” konsert zalına edilən hücum zamanı uşaqlar xəsarət alıb.

QİA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı uşaq hüquqlarının Moskva üzrə müdafiəçisi Olqa Yaroslavskaya öz Telegram hesabında yazıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

Oxşar Xəbərlər