“Crocus City Hall” terrorunda adı hallanan şübhəlilərdən biri özü polisə təslim oldu – FOTO

Moskva vilayətində törədilən terror aktında şübhəli bilinən və barəsində sosial şəbəkələrdə məlumat və şəkli yayılan 29 yaşlı Rustam Nazarov özü polis idarəsinə gedərək təslim olub və təqsirsizliyini bəyan edib.

Onun sözlərinə görə, “Crocus City Hall”da terror törədilən vaxt o, başqa şəhərdə – Samarada – ailəsinin yanında olub.

Gənc Samarada taksi sürücüsü işlədiyini bildirib. Faciə baş verən gün isə o, valideynləri ilə şam edib, sonra isə bacısını evə yola salıb.

Məlumatı Rustamın bacısı Parvina Mahmudconova da təsdiqləyib.

“Onun heç bir terror aktında əli yoxdur. O, evdə olub”, – deyə  Mahmudconova bildirib.

Rustam Nazarov bu gün səhər sosial şəbəkələrdə öz şəklini gördükdən sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək yanlışlıq barədə məlumat vermək qərarına gəlib.

Hazırda onun ifadəsi alınır.

Nazarovun şübhəlilər siyahısına düşməsinə səbəb isə terrorçuların istifadə etdiyi “Renault” markalı avtomobilin əvvəllər onun adına rəsmiləşməsidir. Ancaq gənc maşınını iki il əvvəl satdığını bildirib.

Mənbə: “Astra” “Telegram” kanalı

Oxşar Xəbərlər