Göytəpə su anbarı 10 ildən sonra ilk dəfə tam dolub

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam dolub.

QİA.Az xəbər verir ki, bu barədə Rayon sakinlərinin “Report”a verdikləri məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.

Oxşar Xəbərlər