Ukrayna hökuməti Dünya Bankından 1,5 milyard dollarlıq maliyyə dəstəyi alıb.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, həmin vəsait əsasən sosial xərcləri ödəmək üçün nəzərdə tutulub. Dünya Bankının transferinin üçdə ikisini Yaponiya, üçdə birini isə Böyük Britaniya maliyyələşdirəcək.
Bu arada Rusiya silahlı qüvvələri Odessa şəhərinə yenidən raket zərbələri endirib. Raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulsa da, qırıntılar şəhər ərazisinə düşüb. Hakimiyyət orqanları hücum zamanı beş nəfərin yaralandığını bildirib.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna tərəfinin Belqorod vilayətinə PUA hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.