Ukrayna Prezidenti Vladimir Zelenski Sergey Şefirin prezidentin birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
QİA.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezidentin fərmanına istinadən məlumat yayıb.
“Şefir Sergey Naxmanoviç Ukrayna Prezidentinin birinci köməkçisi vəzifəsindən azad edilsin”, – fərmanda qeyd edilib.
Ötən gün həmçinin Ukrayna Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprov vəzifələrindən azad ediliblər.