Türkiyə ABŞ səfirini və BMT-də daimi nümayəndəsini dəyişib

Türkiyə doqquz ölkədə, o cümlədən Birləşmiş Ştatlarda səfirini, həmçinin BMT-də daimi nümayəndəsini dəyişib.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu dəyişikliklərə dair sərəncamları cümə günü Rəsmi qəzetdə dərc olunub.

Vaşinqtonda diplomatik nümayəndəliyə Türkiyənin xarici işlər nazirinin keçmiş müavini Sedat Önal başçılıq edəcək. O,2023-cü ilin fevralından bəri ölkənin BMT-də daimi nümayəndəsi vəzifəsini tuturdu.

Eyni zamanda, Önalın yerinə – BMT-də daimi nümayəndəsi vəzifəsinə xarici işlər nazirinin müavini Ahmet Yıldız təyin edilib.

Türkiyənin Bolqarıstan, Qvineya, Çili, Vyetnam, Qvatemala, Kosta-Rika, Şri-Lanka, Ekvadorda da səfirləri dəyişdirilib.

Ramin Abdullayev

Oxşar Xəbərlər