Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Bu barədə QİA.az-a Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 6-sı saat 18:30-dan 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək, Basarkeçər və Gorus rayonlarının Cil, Günəşli və Xoznavar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonlarının Əyrivəng, Cəmilli və Hacılar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini ümumilikdə 16 dəfə olmaqla, müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.