Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
QİA.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan Abasov rəqibi ilə heç-heçə edib – 0,5:0,5.
O, hazırda 1,5 xalla 4-8-ci yerləri bölüşdürür. Rusiyalı Yan Nepomnyaşi (FIDE) 3 xalla liderdir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.