“Kanada Avstraliya, Böyük Britaniya və ABŞ ilə AUKUS hərbi ittifaqına mümkün qoşulması üzrə danışıqlar aparır”.
Bunu Kanadanın baş naziri Castin Trüdo jurnalistlərə bildirib.
“Bəli, biz artıq AUKUS-un işçi qruplarında müşahidəçiyik. Biz ABŞ, Böyük Britaniya və Avstraliya ilə daha yaxından necə işləyə biləcəyimizlə bağlı əla müzakirələr aparmışıq. Açığı, bu yaxşı xəbərdir”, – deyə Trüdo cavab verib.
Mənbə: TASS