Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.
Komanda B Liqasının I qrupunun görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib – 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.