Güney azərbaycanlı fəal Milad Armun iki ilə yaxındır ki, həbsdə işgəncələrə məruz qalır.
QİA.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Xiyav (Meşqinşəhr) şəhərindən olan 25 yaşlı gənc 2022-ci il noyabrın 3-də təhlükəsizlik qüvvələri tərəfindən Tehranda həbs edilib və Kərəcin “Qızılhisar” həbsxanasına aparılıb.
Qeyd edək ki, o və başqa dörd nəfər 2022-ci ilin sentyabrında İran hakimiyyətinə qarşı ölkə üzrə başlamış “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı Arman Əliverdi adlı hökumət məmurunun öldürülməsində ittiham olunurlar.