Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 102 min nəfərin yaşadığı Küçə rayonundan 43 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 24 kilometr dərinlikdə olub.
Mənbə: TASS