“Avropa İttifaqı (Aİ) iki ölkə arasında münasibətlərin normallaşdırılmasında erkən nəticə əldə etmək üçün Azərbaycan və Ermənistanla sıx əməkdaşlıq etməyi planlaşdırır”.
Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bəyan edib.
O, Aİ-nin Cənubi Qafqazda normallaşma prosesini dəstəklədiyini vurğulayıb.
“Biz bu istiqamətdə Ermənistan və Azərbaycanla birgə işləmək istəyirik ki, müsbət nəticə əldə edək. Düşünürəm ki, hər iki tərəfdə siyasi iradə olarsa, o qədər də vaxt lazım olmayacaq”, – deyə o, bildirib.