Norveçin səhiyyə naziri İnqvild Kyerkol magistr dissertasiyası qismən plagiat olduğu və mətnlərin 43 faizində oxşarlıq aşkarlandıqdan sonra istefa verir. Bu qalmaqal qısa müddət ərzində sayca ikincdir. Yanvar ayında Norveçin tədqiqat və ali təhsil naziri Sandra Borx magistr işində istinad etmədən digər tələbələrin işlərindən istifadə etdiyini etiraf edərək istefasını elan etmək məcburiyyətində qalmışdı.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kyerkolun 2021-ci il magistr dissertasiyasının Budödəki Nord Universitetinin Rəy Komissiyası tərəfindən rədd edilməsi barədə məlumatlar artıq cümə axşamı yayılmağa başlayıb. Bir neçə partiyanın istefa tələbindən sonra Norveç səhiyyə naziri cümə günü məlumatın doğru olduğunu etiraf edib. O, dissertasiyanı tələbə yoldaşı ilə birlikdə yazıbmış.
“Biz plagiat etmək fikrində deyildik. Sənə güvənməmələri ağrılı olsa da, İdarə Heyətinin fərqli fikrə sahib olması ilə barışmalısan”, – deyə Kyerkol bildirir.
Aprelin 13-də keçirilən mətbuat konfransında Baş nazir Yonas Qar Störe bildirib ki, o, İnqvildin nazir vəzifəsindən istefa verməli olduğu qənaətinə gəlib.
İnqvild Kyerkol Şikayətlərə Baxılması üzrə Birləşmiş Şurasına şikayət edib-etməyəcəyi barədə hələ düşünmədiyini qeyd edib.