Abdullahian Fidanı əmin etdi: “İran İsrailə qarşı yeni əməliyyat planlaşdırmır”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığında bildirib ki, İran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır.

Bu barədə Ankaradakı diplomatik mənbə məlumat verib.

“İranın xarici işlər naziri bildirib ki, İsrailə qarşı əməliyyat başa çatıb. Abdullahian bildirib ki, İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək”, – deyə mənbə bildirib.

Mənbə: Haber Global

Oxşar Xəbərlər