Qazax rayonunda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.
QİA.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Rayon sakini Yaşar Əhmədov VAZ markalı avtomobilin sükanı arxasında olan zaman infarkt keçirərək dünyasını dəyişib. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.