Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banginin yaxınlığında Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər ölüb.
QİA.Az “Report”a istinadən xəbər verir ki, bu barədə RFI radiostansiyaı bildirib.
Radiostansiyanın məlumatına görə, gəmidə qadın və uşaq daxil olmaqla 300 civarında insan olub. 100-dən çox insan xilas olunsa da, itkin düşənlərin axtarışı davam edir.
Şahidlərin sözlərinə görə, gəmi limandan ayrılıb çayın ortasına çatan kimi iki yerə bölünüb. Yerli orqanlar hesab edir ki, gəminin qəzaya uğramasına səbəb su nəqliyyat vasitəsinin təhlükəsiz səyahət üçün göyərtəsində daşıya biləcəyi sərnişinlərin sayından xeyli çox olması olub